Təmir sexində təkər partladı, usta öldü
10:43
17 May 2023
60Gəncədə 41 yaşlı usta bədbəxt hadisə nəticəsində ölüb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən təkər təmiri sexlərindən birində baş verib.
Şəhər sakini, 1982-ci il təvəllüdlü Elman Məmmədov işlədiyi sexdə təmir etdiyi təkərin partlaması nəticəsində boğazından xəsarət alıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Daha çox