Azərbaycanda koronavirusa görə aparılan test sayı açıqlandı
Azərbaycanda bu günə qədər koronavirusa görə aparılan testin sayı məlum olub.
Sabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yayımladığı məlumata əsasən, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.
Hazırda 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda indiyədək 359 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.
Daha çox