Rayonlara qar yağır - Video

XƏBƏR
11:14
15 May 2023
110

Məlum olduğu kimi, mayın 13-dən etibarən Azərbaycanda hava şəraiti kəskin dəyişib. Güclü külək və yağışla müşayiət olunan hava bəzi ərazilərdə sulu qar və qara keçib.

Sabah.az xəbər verir ki, Lerik rayonunun dağlıq ərazilərində bir neçə sm hündürlüyündə qar yağıb.

Həmçinin Quba və Qusarın dağlıq ərazilərinə, o cümlədən Xınalıq kəndinə qar yağıb. Ötən gündən bəri davam edən qar Xınalıqda hazırda da davam edir. Artıq kənddə 3 sm hündürlüyündə qar var.

Qeyd edək ki, Milli Hiderometeorologiya Xidməti Azərbaycanın rayonlarında mayın 16-sı gündüzədək havanın yağıntılı olacağını açıqlayıb. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Xəbər lenti