“Palatka” toyunda qonaq bıçaqlandı

XƏBƏR
12:07
13 May 2023
138

Bakıda toyda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kürdəxanı qəsəbəsi Ləhic bağları adlanan ərazidə keçirilən toyda 32 yaşlı Rəvan Əsgərov bıçaqlanıb. Kürək nahiyəsindn ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Polisin həyata keçidiyi tədbirlərlə hadisəni törədən 31 yaşlı Əmrah Alışov müəyyən edilərək saxlanılıb. Məlum olub ki, toyda qonaq olan şəxslər arasında mübahisə baş verib. Bu zaman Əmrah bıçaqla Rəvana hücum edib.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

Xəbər lenti