Bakıda ağır qəza - Maşında yanaraq öldülər

XƏBƏR
10:14
13 May 2023
239

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, Binə qəsəbəsində “Chevrolet” markalı avtomobil “Lifan” və “Ford” markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu “Lifan” markalı avtomobil alışaraq yanıb. Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti