“Qarabağ” və “Qalatasaray” rəhbərliyi yenidən bir arada

XƏBƏR
15:46
12 May 2023
105

Bu gün İstanbulda “Qarabağ” və “Qalatasaray” klubunun rəhbərliyinin görüşü keçirilib.

Sabah.az Qol.az-a istinadən xəbər verir ki, görüşdə “Qalatasaray”ın prezidenti Dursun Özbek, klubun vitse-prezidenti Hakan Sarıoz, İdarə Heyətinin üzvü, azərbaycanlı Emin İmanov, “Qarabağ”ın direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və menecerlər Yusif Cəfərov və Vüsal Həsənov iştirak ediblər.

E.Çelikel Qol.az-a açıqlamasında səfərin “Qalatasaray”ın dəvəti ilə həyata keçirildiyini, görüşdə birgə əməkdaşlıqla bağlı gələcək planların müzakirə olunduğunu söyləyib.

Qeyd edək ki, daha öncə Bakıda “Qarabağ” və “Qalatasaray”ın prezidentləri - Tahir Gözəllə Dursun Özbekin görüşü keçirilib. Görüş “Qalatasaray”ın Bakıda “Qarabağ”la xeyriyyə məqsədi ilə təşkil edilən oyun çərçivəsində baş tutub. D.Özbek mətbuata müsahibəsində gələcəkdə belə bir qardaşlıq matçını Qarabağda da keçirmək istədiklərini söyləyib.

Xəbər lenti