Şəhid Orxan Novruzəlizadə dəfn edildi - Video

ÖLKƏ
11:40
12 May 2023
138

Ermənistanın son təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib.

Sabah.az xəbər verir ki, hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Şəhid bu gün Vurğun qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub.

***

Şəhidimiz Orxan Novruzəlizadə artıq qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Xəbər lenti