Umayra Tağıyevaya yeni vəzifə verildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.
Nazirliyin Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.
Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.
Qeyd edək ki, U. Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.
Daha çox