Ermənistan MN 3 hərbçisinin yaralandığını açıqladı

XƏBƏR
09:22
11 May 2023
207

Ermənistanın dünən axşam saatlarından Azərbaycanla sərhəddə törətdikləri təxribat nəticəsində 3 erməni hərbçi yaralanıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Yaralıların vəziyyəti açıqlanmayıb.

Xatırladaq ki, çayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Mayın 11-i səhər saatlarından etibarən isə Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Xəbər lenti