Bakıda yük avtomobili yanıb - Foto

XƏBƏR
10:02
9 May 2023
224

Bakıda yük maşını qəflətən yanıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi Avtomobil Yolunda qeydə alınıb. Yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.

Bu səbəbdən hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunub.

Fakt araşdırılır.

Xəbər lenti