Spiker jurnalisti özünə köməkçi təyin etdi

ÖLKƏ
12:25
1 Aprel 2020
108

Milli Məclisin Aparatında kadr islahatları davam etdirilir.

Sabah.az “Report”a istinadən xəbər verir ki, Aqşin Hümmətov Milli Məclis Sədrinin köməkçisi vəzifəsinə təyin edilib.

A.Hümmətov bu təyinata qədər "Yeni Azərbaycan" qəzetində çalışıb.

Qeyd edək ki, Milli Məclisin Sədrinin əvvəlki köməkçisi Füzuli Abbasov parlamentin Analitik informasiya şöbəsinə baş məsləhətçi təyin olunub.

Xəbər lenti