Bakıda Çin vətəndaşı da əfv olundu - Yenilənir
13:42
8 May 2023
435Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.
Sabah.az xəbər verir ki, Sərəncama əsasən, 801 məhkum əfv olunub.
Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Qeyd edək ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
***
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncamının icrasına başlanıb.
***
Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
Müəssisədən 3 nəfər azadlığa buraxılıb, 2 məhkumun cəzası azaldılıb.
Qeyd edək ki, 4 saylı cəzaçəkmə müəssisəsi qadın məhkumların saxlanıldığı yerdir.
***
Sərəncam Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
17 saylı cəzaçəkmə müəssisəsindən 12 nəfər azadlığa buraxılıb.
Onların arasında saxta pul dövriyyəsinə görə həbs edilmiş Çin vətəndaşı Zhifang Lin da olub.
Daha çox