Ermənilər ekskavatorumuzu atəşə tutdu - Foto

XƏBƏR
10:33
8 May 2023
383

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb”, - rəsmi məlumatda bildirilib.

Xəbər lenti