Azərbaycan tarixinin ən böyük əfv aktı - 801 məhkum əfvə düşdü
10:10
8 May 2023
456Xəbər verdiyimiz kimi, İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Sərəncamın məzmunu mətbuatda dərc ediləcək.
Daha çox