Paytaxt yeni həftəyə yenə tıxacla başladı

XƏBƏR
09:43
8 May 2023
137

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.

Sabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Hazırda paytaxtın sıxlıq müşahidə edilən yollarının siyahısını təqdim edirik:

1. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. “20 Yanvar” dairəsində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

9. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

10. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

12. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti