Hava Hücumundan Müdafiə bölmələrinin taktiki təlimləri keçirildi - Video

XƏBƏR
16:06
5 May 2023
227

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Xəbər lenti