Bu tarixlərdə meteor yağışı yağacaq

XƏBƏR
15:54
5 May 2023
240

Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı yağacaq.

Sabah.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatına görə, həmin yağış mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq.

İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.

Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.

“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir.

Qeyd edək ki, yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir.

Xəbər lenti