Qubaya qar yağıb - Faktiki hava

XƏBƏR
10:29
4 May 2023
239

Mayın 4-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimal və şərq rayonlarında intensiv və güclü olub, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qrızda 5 sm olub.

Düşən yağıntının miqdarı: Kürdəmirdə 37.0 mm (aylıq normanın 97 faizi), Qəbələdə 36.0 mm (aylıq normanın 30 faizi), Biləsuvarda 33.0 mm(aylıq normanın 102 faizi), Sabirabadda 33.0 mm (aylıq normanın 99 faizi), Astarada 30.0 mm (aylıq normanın 59 faizi), Oğuzda 26.0 mm (aylıq normanın 25 faizi), Neftçalada 26.0 mm (aylıq normanın 99 faizi), Cəfərxanda 25.0 mm (aylıq normanın 76 faizi), Göyçayda 24.0 mm(aylıq normanın 38 faizi), Hacıqabulda 21.0 mm (aylıq normanın 79 faizi), Zərdabda 20.0 mm (aylıq normanın 54 faizi), İmişlidə 20.0 mm (aylıq normanın 60 faizi), Beyləqanda 19.0 mm, Qaxda 17.0 mm, Qobustanda 16.0 mm, Mingəçevirdə 15.0 mm (aylıq normanın 33 faizi), Xaltanda 15.0 mm, Lənkəranda 14.0 mm, Şəkidə 13.0 mm, İsmayıllı, Lerik, Yardımlıda 12.0 mm, Zaqatalada 11.0 mm, Qrızda 10.0 mm, Balakən, Şamaxı, Qubada 9.0 mm, Altıağac, Yevlaxda 8.0 mm, Gədəbəy, Şəmkir, Qusar, Şahdağda 7.0 mm, Daşkəsəndə 6.0 mm, Şahbuz, Göygöl, Tovuz, Bərdədə 2.0 mm, Ordubad, Naftalan, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafada 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Külək: Mayın 03-də şimal-qərb küləyi arabir Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Duman: Daşkəsən, Göygöl, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Qax, Qrız, Göyçay, Lerik, Biləsuvarda müşahidə olunub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 13-15 dərəcə isti, Naxçıvanda 4-9 dərəcə isti, dağlıq rayonlarda 1-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta, aran rayonlarında 12 dərəcəyədək isti olub.

Xəbər lenti