Bu rayona 8 sm qar yağıb - Faktiki hava

XƏBƏR
10:54
3 May 2023
208

Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda  qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 8 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm olub.

Ölkə ərazisində müşahidə  olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Xəbər lenti