Qarabağ Təhsil idarəsinin vəzifəli şəxsinə cinayət işi açıldı

XƏBƏR
15:33
2 May 2023
167

Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, onun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı B.Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.

Xəbər lenti