Bakıda yük vaqonu relsdən çıxdı - Fotolar
Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən 1 yük vaqonu relsdən çıxıb.
Sabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.
Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb:
“Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir”.
Daha çox