Hacı Şahinin yerinə o təyin olundu

XƏBƏR
11:20
2 May 2023
354

“Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib”.

Sabah.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlar üzrə Komitənin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq.

“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin olunacaq”, - M.Qurbanlı əlavə edib.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib.

Xəbər lenti