“Formula-1”ə görə bağlanan yollar açıldı

XƏBƏR
10:10
2 May 2023
382

Bakıda “Formula-1” yarışına görə bağlanan yollar açılıb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yarışa görə bağlanmış şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti səhər saat 8:00-dan etibarən bərpa edilib:

“Bu gün saat 8:00-dan etibarən nəqliyyat vasitələri Bakı Şəhər Halqasının trayektoriyası üzrə sərbəst hərəkət edirlər. Paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyli, İstiqlaliyyət və Zərifə Əliyeva küçələrində kəsişən yol ayrıclarında qurulmuş maneələrin 3 gün ərzində götürülməsi nəzərdə tutulub”.

Qeyd edək ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti aprelin 24-də gecə 01:00-dan etibarən məhdudlaşdırılmışdı.

Xəbər lenti