Vasif Talıbovun direktor qudası da vəzifədən getdi
10:07
2 May 2023
332Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.
Sabah.az TNS-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Bildirilib ki, onun yerinə təyin olunan Cəlal Mehdiyev artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, Behruz Əzimov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbovun qayınatasıdır. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Daha çox