Əliyev Ərdoğanla “Teknofest”də - Canlı

XƏBƏR
13:54
29 Aprel 2023
474

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak edirlər.

Sabah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər.

Yol boyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar.

Sonra xatirə şəkli çəkdirilib.

Xəbər lenti