Araz Abdullayev bu dəfə “parkovşik”i vurdu - Video

ÖLKƏ
12:44
29 Aprel 2023
552

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Sabah.az xəbər verir ki, yaşadığı problemlərə görə futbol karyerasını erkən başa vuran vinger bu dəfə “parkovşik”i vurub.

Bununla bağlı görüntülər “TikTok”da yayılıb. Videoda A.Abdullayevin obyektlərin birinin qarşısında dayanan azyaşlıya “önümdən çəkil, bir də belə etsən, başını əzərəm” dediyini görmək mümkündür.

“TikTok”da canlı yayım edən azyaşlı isə “mən burda çörəyimi qazanıram” deyə ona cavab verir. Lakin futbolçu onu vurur.

“Neftçi” və “Qarabağ”da da oynamış yarımmüdafiəçinin bu hərəkəti sosial şəbəkələrdə etirazla qarşılanıb.

Qeyd edək ki, Araz Abdullayev 2013-cü ildə Nobel prospektində (indiki 8 noyabr prospekti) avtomobili ilə iki süpürgəçini vurmuşdu. Nəticədə onlardan biri həyatını itirmişdi.

Sözügedən videosuna görə ciddi tənqidlərə məruz qalan Araz Abdullayev sosial şəbəkə hesabında paylaşım edərək uşaqdan üzr istəyib və ona formasını hədiyyə edib:

“Həmən Kənan qardaşımla danışdıq, yoluna qoyduq. İnsanların reaksiyası olması gərəkən kimi idi. Üzr istəyirəm, qardaşım, yanındayam”.

Xəbər lenti