Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı

XƏBƏR
23:37
31 Mart 2020
44

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi (DİN) ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə diqqət yetirir.

Sabah.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov - (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilirb. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.

“Azərbaycan Mətbuat Şurası onu da bildirir ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaqdır. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti