17 yaşlı qız doğuşa getdi, polisə məlumat verildi

XƏBƏR
15:11
28 Aprel 2023
195

Quba rayonunda 17 yaşlı qızın Mərkəzi Xəstəxanaya doğuşa gəlməsi ilə bağlı polisə məlumat daxil olub.

Sabah.az xəbər verir ki, Xaçmaz rayon sakini olan A.X. dünən xəstəxanaya müraciət edib. Həkimlər onun yetkinlik yaşına çatmadığı dövrdə hamilə qalmasını müəyyən edərək aidiyyəti üzrə polisə məlumat veriblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Azərbaycanda 17 yaşına çatmamış şəxslərin nikaha daxil olması qanunla qadağandır. Həmçinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır.

Xəbər lenti