Məşhur nəşr Rüştüdən yazdı - Vəziyyəti ağırdır
Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçberin son durumu haqda məlumat yayılıb.
Sabah.az İspaniyanın "Marca" nəşrinə istinadən xəbər verir ki, hazırda xəstəxanada olan 46 yaşlı veteran futbolçunun vəziyyəti ağırdır. Onun səhhətinin həkimləri narahat etdiyi bildirilib.
"Marca" sosial şəbəkə hesabında da paylaşım edərək, Rüştünün durumunun kritik olduğunu və "Barselona"nın sabiq qapıçısına İspaniyadan dəstək olduqlarını qeyd edib.
Xatırladaq ki, Rüştü Reçber martın 29-da koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilib.
Daha çox