Aeroport yolunda zəncirvari qəza, ölən var - Fotolar

ÖLKƏ
09:48
27 Aprel 2023
283

Ötən axşam Heydər Əliyev prospektinin aeroport yolu kimi tanınan hissəsində zəncirvari qəza olub.

Sabah.az xəbər verir ki, hadisə saat 21:04-də Suraxanı rayonu Heydər Əliyev prospektinin “Bakı Expro Center”in yaxınlığından keçən hissəsində baş verib.

Vüsal Zəhidovun idarə etdiyi “Kia Rio”, Məriş Rüstəmovun idarə etdiyi “Opel Meriva” və Bəhruz Məhərrəmlinin sürdüyü “Toyota Prius” toqquşub. Nəticədə 1987-ci il təvəllüdlü Məhərrəmli Bəhruz Müsəllim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İstintaq şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Xəbər lenti