Xəstəxanadakı yanğında reanimasiyada yatan xəstə öldü - Yenilənib

ÖLKƏ
10:53
26 Aprel 2023
358

Gəncədə xəstəxanada yanğın baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər  Xəstəxanasının terapiya şöbəsində başlayıb.

Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürən qüvvələr cəlb edilib. Xəstəxana personalı və xəstələr binadan təxliyyə olunub.

Təhlükəsizlik tədbirləri görüldükdən sonra yanğın söndürülüb.

Yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib. Hazırda onun kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, hadisə binanın zirzəmisindəki yanğın şitində baş verib. Havalandırma borusundan binanın digər məntəqələrinə tüstü dolub.

Qeyd edək ki, ölən xəstə ürək çatışmazlığından xəstəxanada yatırmış.

***

Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti