“Bolt” şirkəti yeni təhlükəsizlik funksiyası olan selfi formatında çəkilmiş fotoşəkil vasitəsilə sürücünün şəxsiyyətinin təsdiq edilməsini təqdim edir

XƏBƏR
10:05
26 Aprel 2023
251

“Bolt” təhlükəsizlik sferasında yeni həll təqdim edir - selfi fotoşəkil vasitəsilə sürücünün şəxsiyyətini təsdiqləmək imkanı. Süni intellekt (Sİ) sürücünün selfi formatında çəkilmiş fotoşəkildəki üzünü sürücülük vəsiqəsindəki foto ilə müqayisə edəcək.

Tətbiqə daxil olarkən sürücü selfi formatında fotoşəklini çəkməlidir. Sistem şəkli sürücülük vəsiqəsindəki foto ilə müqayisə edəcək. Əgər hər hansı bir səbəbdən Sİ sürücünün şəxsiyyətini təsdiqləyə bilməsə, selfi fotoşəkli “Bolt” şirkətinin əməkdaşı yoxlayacaq. Selfi fotoşəkil təqdim etməyən və ya şəxsiyyəti təsdiq edilməyən sürücülər sifariş qəbul edə bilməyəcək.

Bu yeni funksiya Azərbaycanda təqdim olunduqdan sonra bütün aktiv sürücülər selfi fotoşəkil vasitəsilə şəxsiyyət təsdiqindən keçməli olacaq. “Bolt” platformasında qeydiyyatdan keçən yeni sürücülər də bu prosedurdan keçəcək. Bundan sonra sürücülər şəxsiyyət təsdiqini vaxtaşırı yeniləməli olacaqlar.

“Dünyanın müxtəlif şəhərlərində hər gün yüz minlərlə insan “Bolt”un səfər sifarişi xidmətlərindən istifadə edir. Belə ki, onların hər birinin təhlükəsizliyini təmin etmək bizim üçün vacibdir. Biz məhz “Bolt” platformasında qeydiyyatdan keçmiş sürücünün sizə xidmət göstərdiyinə 100 faiz əmin olmaq istəyirik. Bu, həm də “Bolt” şirkəti ilə əməkdaşlıq edən hər bir sürücünün öz reytinqinin olduğu üçün çox vacibdir. O, istifadəçi qiymətləndirmələri əsasında formalaşır. Reytinq sistemi sayəsində “Bolt” yalnız məsuliyyətli sürücülərlə əməkdaşlıq edir. Yeni təhlükəsizlik funksiyası başqasının hesabından istifadə edərək səfər sifariş edilməsi hallarının qarşısını alır”.

“Bolt” şirkətinin Azərbaycan üzrə rəhbəri Naim Əzizov bildirib ki, “Bolt” şirkətinin mövcud olduğu illər ərzində bu cür hallara az rast gəlinsə də, selfi fotoşəkil vasitəsilə sürücünün şəxsiyyətinin təsdiq edilməsi funksiyası çox vacibdir və “Bolt” səfərlərini daha da təhlükəsiz etməyə imkan verir.

Xatırladaq ki, “Bolt” tətbiqində platforma istifadəçilərini qorumaq üçün xüsusi olaraq hazırlanmış digər təhlükəsizlik xüsusiyyətləri də mövcuddur:

● SOS düyməsi - təhlükə yarandıqda bu düyməni həm sərnişin, həm də avtomobilin sürücüsü basa bilər.
● GPS - səfərlərin monitorinqi.
● Sürücü qiymətləndirməsi - “Bolt” avtomobil sifarişi xidməti, hər sifarişdən sonra istifadəçilərdən gələn rəyləri izləyir və real vaxt rejimində xidmətlərin keyfiyyətinə nəzarət edir. “Bolt” sürücülərinin 95 faizinin reytinqinin 4.92-dən yuxarı olduğunu qeyd etmək vacibdir.
● PAŞA Sığortadan sərnişin sığortası proqramı.

“Bolt” şirkəti haqqında məlumat

“Bolt” Avropa və Afrikanın 45 ölkəsində 400-dən çox şəhərdə 100 milyon insanın istifadə etdiyi Avropa multi-proqramıdır. Şirkət, istifadəçilərinə daha yaxşı alternativlər təqdim etməklə şəxsi avtomobillərdən mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. “Bolt” şirkəti səfər sifarişi, karşerinq, elektrikli skuter icarəsi, yemək və ərzaq çatdırılması xidmətləri təklif edir.

Hazırda “Bolt” şirkəti Azərbaycanın yeddi şəhərində səfər sifarişi xidmətini həyata keçirir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki.

Xəbər lenti