Mayda əfv gözlənilir - 1700 müraciətə baxılıb

XƏBƏR
14:41
25 Aprel 2023
163

27 apreldə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev danışıb.

O bildirib ki, bu günə qədər komissiyanın 13 iclası keçirilib. İclaslarda 1700 müraciətə baxılıb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər Əfv Sərəncamının verilməsi gözlənilir.

Xəbər lenti