“Yolüstü”nün admini yol qəzasında öldü - Foto

ÖLKƏ
10:40
25 Aprel 2023
356

Feysbukda insanların yol yoldaşı axtardığı “Yolüstü” qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti