Sabirabadda iki avtomobilin toqquşması ölümlə nəticələndi - Fotolar
Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.
VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ yanıb. Hadisə nəticəsində VAZ-ın sərnişini və sürücüsü həlak olub.
Faktla bağlı araşdırma aparılır.
***
Sabirabadda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olanların şəxsiyyəti müəyyən edilib.
Məlumata görə, qəzada VAZ-2107-nin sürucüsü, 1982-ci il təvəllüdlü Abdullayev Emin Eynulla oğlu və sərnişin, 1993-cü il təvəllüdlü Rzayev Elşad Əlsafa oğlu həlak olub. Onların hər ikisi Sabirabadın Nərimankənd kəndinin sakinləridir.
Daha çox