Qardaşlar itkin düşdü - Yenilənib

ÖLKƏ
13:08
22 Aprel 2023
563

Xaçmazda iki məktəbli qardaş itkin düşüb.

Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

***

Xaçmazda itkin düşən iki qardaşın tapılması ilə bağlı yayılan məlumatlar əsassızdır.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda onların tapılması istiqamətində axtarışlar davam etdirilir.

Xəbər lenti