İmtahana görə intihar edən Elşən - Video

ÖLKƏ
16:10
21 Aprel 2023
544

Xəbər verdiyimiz kimi, iki gün öncə Xırdalan şəhərində 2006-cı il təvəllüdlü Elşən İslamov imtahanda az bal topladığına görə intihar edib.

Sabah.az “Qafqazinfo”ya istinadən özünə qəsd edən yeniyetmənin görüntülərini təqdim edir.

Xatırladaq ki, E.İslamov şəhərin Heydər Əliyev prospektində yerləşən 12 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, o, orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. İmtahanın nəticələri açıqlanarkən gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

Xəbər lenti