Yasamalda evi talayan qadın tutuldu

XƏBƏR
15:22
21 Aprel 2023
261

Bakıda oğurluq etmiş qadın tutulub.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Bölməsinin keçirdiyi əməliyyatla aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Tağıyeva saxlanılıb.

Onun əvvəllər məhkum olunması məlum olub.

Araşdırma aparılır.

Xəbər lenti