“Erməni kilsəsini dostluğa çağırırıq”

XƏBƏR
11:26
21 Aprel 2023
398

“Azərbaycanla düşmən dili ilə danışmaq olmaz. Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır:

“Din adamları müharibə üçün deyil, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir”.

Azərbaycanın həmişə dünyanı dostluğa çağırdığını söyləyən A.Paşazadə erməni kilsəsinə çağırış edib:

“Biz erməni kilsəsini də dostluğa, barışığa çağırırıq”.

Xəbər lenti