Yetkinlik yaşına çatmayanlarla bağlı yeni cərimələr - 500 manat

XƏBƏR
19:58
31 Mart 2020
110

Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə bu siyahıya energetik içkilər də daxil ediləcək.

Həmçinin, İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanlara idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək.

Bununla əlaqədar İnzibati Xətalar məcəlləsinə yeni 401.3-cü maddənin əlavə olunması təklif edilir.

Hər iki layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti