Bakının mərkəzində güclü yanğın - Video+Yenilənib

HADİSƏ
10:57
20 Aprel 2023
464

Paytaxtın Səbail rayonu ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Sabah.az-a bildirilib ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Restoranda baş verən yanğın söndürülüb.

Xəbər lenti