Azərbaycanda olan əcnəbilərə - Müraciət

ÖLKƏ
19:40
31 Mart 2020
59

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Sabah.az xəbər verir ki, bu barədə “Facebook”da paylaşım edən V.Hüseynov bildirib ki, ölkəmizdə müəyyən edilən karantin rejiminin yeni tələblərinə uyğun olaraq miqrasiya xidmətləri ilə bağlı aşağıdakı 4 məsələ də nəzərə alınmalıdır:

1. Aprelin 30-dək edilən müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmur (elektron müraciət zamanı bu sənədlərin əslinin skan olunaraq sistemə yüklənməsi kifayət edir).

2. Yaşama icazələrinin alınması zamanı tələb olunan fotoşəkii mobil telefonla çəkilib müraciətə əlavə edilə bilər. Ümumi olaraq elektron müraciət zamanı skanner olmadığı təqdirdə telefonun kamerası, göstəriciləri imkan verirsə, sənədlər telefon vasitəsilə çəkilib göndərilə bilər.

3. Yaşama icazələrinin alınması zamanı müvafiq razılıq ərizələrinin tarix göstərilməklə ev şəraitində əl ilə yazılıb imzalanması kifayət edir.

4. Mövcud vəziyyət aradan qalxdıqdan sonra yalnız bəzi sənədlərin notarial təsdiqi Sizdən tələb oluna bilər.

Xəbər lenti