10 yaşlı qız dərman vurulmuş ağacdan alça yeyib öldü

XƏBƏR
16:01
19 Aprel 2023
241

Mingəçevirdə azyaşlı zəhərlənmədən ölüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Mingəçevir şəhər xəstəxanasında qeydə alınıb. 10 yaşlı Leyla Anar qızı Quluzadə zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb. Azyaşlı xəstəxanada keçinib.

Onun sonuncu dəfə dərman vurulmuş ağacdan alça yediyi bildirilir və bundan zəhərləndiyi ehtimal olunur.

Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza bildirilib ki, Mingəçevir şəhər sakini olan 10 yaşlı qızın ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti