Qəzadan sonra itkin düşən hərbçinin meyiti tapıldı - Video

XƏBƏR
15:58
19 Aprel 2023
171

İki gün əvvəl Beyləqanda baş verən qəzadan sonra kanalda batan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun meyiti tapılıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

“Aprelin 17-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində baş verən qəzadan sonra Baş Mil kanalında batan hərbçinin meyiti tapılıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Muğan” və “Aran” dalğıc-axtarış qrupları tərəfindən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb”, - rəsmi məlumatda bildirilib.

Xatırladaq ki, aprelin 17-də Beyləqan rayonu ərazisində körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb.

Xəbər lenti