Azərbaycanın axtardığı türkiyəli biznesmen İtaliyada tutuldu

XƏBƏR
14:54
19 Aprel 2023
282

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi türkiyəli biznesmen tutulub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 213.3-cü (külli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial ödənişlərindən yayınma) maddəsi ilə ittiham edilən və ölkədən çıxdığına görə barəsində axtarış elan edilmiş Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Şükrü Çakır İtaliya polisi tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlərin görüldüyü bildirilir.

Məlumata görə, Şükrü Çakır Azərbaycanda bir sıra dövlət layihələrinin podratçısı olan “Çakır Yapı” şirkətinin prezidentidir.

Xəbər lenti