Ağırlıqqaldırma üzrə millimiz İrəvanı tərk etdi - Yenilənib

İDMAN
15:07
15 Aprel 2023
537

“Ağırlıqqaldırma üzrə Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”.

Sabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

Qeyd edək ki, İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən bayrağımızı götürərək yandırıb, daha sonra zaldan qaçmağa çalışıb. Bundan sonra Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

***

“İrəvandakı təxribatdan sonra Ermənistanı tərk edən ağır atletlərimiz artıq Gürcüstandadırlar”.

Bunu Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

Onun sözlərinə görə, komandamız Ermənistanı avtobusla tərk edərək Gürcüstana daxil olub.

“Komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də onları Vətənə çatdıracaq”, - Q.Mehdiyev bildirib.

Xəbər lenti