Avtoxuliqanlıq edən sürücü saxlanıldı - Foto

XƏBƏR
09:39
15 Aprel 2023
159

Hacıqabulda avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sabah.az-a verilən məlumata görə, rayon sakini Afiq Mirzəyev idarə etdiyi “BMW” markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Mirzəyev 15 sutka inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Xəbər lenti