Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olunub

XƏBƏR
17:53
14 Aprel 2023
187

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.

Sabah.az Unikal-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə bu vəzifəyə Elmar Tağıyev təyinat alıb.

O bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Katibliyinin rəisi olub.

Xəbər lenti