XİN-dən işgəncə videolarına - Reaksiya

XƏBƏR
17:55
13 Aprel 2023
259

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanda azərbaycanlı hərbçilərin saxlanılması və onlara işgəncə verilməsinə münasibət bildirib.

Sabah.az xəbər verir ki, A.Hacızadə bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

“Naxçıvanın Şahbuz rayonu istiqamətində bir neçə gün əvvəl itkin düşən Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Ermənistan tərəfindən saxlanılıb. Onlar ağır şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə qınanılmalıdır!” - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti