Ermənilər azərbaycanlı əsgərə işgəncə verib - Foto

XƏBƏR
15:03
13 Aprel 2023
402

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi Axundov Hüseyn Əhliman oğlu da tapılaraq saxlanılıb. H.Axundovun Qafan rayonu ərazisində tapıldığı bildirilir.

Sabah.az xəbər verir ki, erməni teleqram kanallarında sözügedən əsgərin saxlanılandan sonrakı görüntüsü paylaşılıb.

Fotodan hərbçimizə işgəncə verildiyini, döyüldüyünü və onunla qeyri-humanist davranıldığını görmək mümkündür.

Xəbər lenti